"Səbail" 20-ci ev qələbəsini qazanaraq tarixə düşdü

10.10.2022 18:29 378
Ölkə futbolu
“Səbail” Azərbaycan çempionatlarında 20-ci ev qələbəsini qazanıb.

"Footbal-plus.az" xəbər verir ki, yubiley Azərbaycan premyer-liqasının 9-cu turuna təsadüf edib.

“Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən bakılılar 72-ci görüşdə “20”yə çatıb. “Səbail” ölkə çempionatları tarixinə öz meydanında ən azı 20 qələbə qazanan 31-ci komanda kimi düşüb.

Qeyd edək ki, “Səbail” ev oyununda ilk üç xalı 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə edib – 1:0.