La Liqanın “Almeriya” ilə oyunu Kərim Benzema üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, o, “Real”ın 4:2 hesabıyla qalib gəldiyi matçda het-trik edib. Benzema bununla da komandanın La Liqa tarixində ən çox qol vuran oyunçuları arasında 4-cü yerə yüksəlib. 35 yaşlı hücumçu ölkə çempionatındakı qollarının sayını 236-ya çatdırıb. O, 234 qol vuran Uqo Sançesi geridə qoyub.
La Liqanın bombardirləri arasında 1-ci yerdə Lionel Messi (474), 2-ci yerdə Kriştiano Ronaldo (311), 3-cü yerdə isə Telmo Sarradı (252).