Benzema Di Stefanoya çatdı

11.01.2023 10:23 265
Dünya futbolu
La Liqanın 16-cı turunda "Real" "Vilyarreal"a məğlub olub.

Football-plus.az xəbər verir ki, görüş Benzema üçün əlamətdar olub. Fransalı İspaniya çempionatında qol sayına görə Alfredo Di Stefanoya çatdı.

227-ci qolunu vuran hücumçu indi bombardirlər siyahısında 6-cı yeri bölüşür. İlk 5 pillədə Lionel Messi (472), Kriştiano Ronaldo (311), Telmo Sarra (251), Uqo Sançes (234) və Raul (228) qərarlaşıb.