U-17 UEFA-nın turnirinə qələbə ilə başladı

2.05.2023 17:04 266
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb.

"Football-plus.az" xəbər verir ki, yığma Farer adalarını 4:2 hesabı ilə məğlub edib.

U-17-nin qollarına 50 və 90+3-cü dəqiqələrdə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə imza atıblar.

Qeyd edək ki, Füzuli Məmmədovun yetirmələri növbəti oyunlarını mayın 4-də Albaniyaya qarşı keçirəcəklər. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.