Milli beynəlxalq turnirə məğlubiyyətlə başladı

6.05.2022 21:13 359
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində 28-ci dəqiqədə Musa Məmmədov fərqlənib.

U-17 növbəti oyununu mayın 16-da gürcüstanlı yaşıdlarına qarşı keçirəcək.