• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə”nin avrokubok şansı möcüzəyə qaldı - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 17:0

Artıq mayın əvvəlindəyik, ancaq Zirədə hələ də qışın soyuğu hiss olunurdu. Azarkeşlər yerini isitməmişdi ki, tovuzlular zirəlilərin kefinə “soğan doğradı”.

Künc zərbəsindən ötürülən topu Şəhriyar qapıya göndərdi. Qoldan sonra toparlanmağa çalışan meydan sahibləri ardıcıl hücumlar qurmağa başladı. 11-ci dəqiqədə Keyta reydini qeyri-dəqiq zərbə ilə tamamladı. Bir qədər sonra isə hakim Eldara qarşı qayda pozuntusunu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirdi. Keyta topun arxasına keçmək istəyirdi ki, VAR müdaxilə etdi. Tural Qurbanovun xəbərdarlığından sonra Rauf Cabbarov penaltini ləğv etdi. Lakin 8 dəqiqə sonra Eldar istəyinə çatdı. Ona qarşı yenə cərimə meydançasında qayda pozuldu. Rauf Cabbarov bu dəfə də fitini səsləndirdi. Lakin Tural Qurbanov referini yenə VAR-a baxmağa dəvət etdi. Hakim epizodu izlədikdən sonra da qərarını dəyişmədi. Bununla belə, Keytanın zərbəsini Mehman dəf etdi. 38-ci dəqiqədən isə Keyta əla keçid edərək Rəhimə ötürmə verdi. Yarımmüdafiəçi qapıçını məyus etsə də, yan xətt hakiminin bayrağı havaya qalxdı. Hakim VAR-a baxandan sonra qolu ləğv etdi. İlk hissənin son dəqiqələri daha gərgin keçsə də, başqa qol vurulmadı. Bununla belə, ilk 45 dəqiqənin ən “zəif bəndi” birmənalı şəkildə hakim idi. Hiss olunurdu ki, FİFA referisi oyuna nəzarəti itirib.

İkinci hissə də hakim səhvləri ilə başladı. 53-cü dəqiqədə Xəyalın cərimə zərbəsindən ötürməsini Miller başla qapıdan keçirdi. Cabbarov əvvəlcə qolu qeydə alsa da, sonradan qərarını dəyişdi. Çünki tovuzlular ikinci fitdən öncə cəriməni yerinə yetirmişdi. 57-ci dəqiqədə isə qonaqlar hesab arasındakı fərqi artırdı. Künc zərbəsindən sonra "Zirə"nin qapısı önündə yaranan qarışıqlıqdan Oduva yararlandı. Bir qədər sonra isə tovuzlular daha bir qol vurdu. Marandiçinin cərimə zərbəsindən ötürməsini yenə Miller başla qapıdan keçirdi.

"Turan Tovuz" sanki 8 oyunluq qələbə aclığının əvəzini bu oyunda çıxmaq istəyirdi. Hesab 0:3 olsa da, tovuzlular dayanmırdı. 75-ci dəqiqədə Xəyalın asmasından sonra Runi topu başla qapıya göndərdi. Lakin son anda Coşqun onun xətti keçməsinə imkan vermədi. Dəqiqələr ötdükcə Ayxan Abbasovun komandası qələbəyə daha da yaxınlaşırdı. Amma "Zirə" də asan təslim olmaq fikrində deyidi. Belə ki, 86-cı dəqiqədə ikinci hissədə meydana çıxan Broqno möhtəşəm zərbə ilə fərqi azaltdı. Oyuna əlavə olunan dəqiqələrdə bakılılar yenə fərqləndi. Broqno qapı önünə göndərilən asmanı başla tora qovuşdurdu. Rauf Cabbarov isə VAR-ın müdaxiləsindən sonra qolu ləğv etdi. Çünki asmanı edən Coşqun ofsaydda idi. Beləliklə, gərgin və maraqlı keçən qarşılaşmada "Turan Tovuz" 3:1 hesablı qələbə qazanaraq, demək olar ki, premyer-liqada yerini təmin etdi. "Zirə" isə avrokuboklara vəsiqə uğrunda mübarizədə ağır zərbə aldı. Son 4 turda “Qəbələ” aradakı 6 xallıq fərqi “əritmək” çətin olacaq.

Gözdən qaçmadı
* Referi hər dəfə VAR-a baxanda Rəşad Sadıqov 4-cü hakim Vüqar Həsənliyə "azı 4 dəqiqə getdi", - deyə xəbərdarlıq edirdi.
* Rəhim Sadıxovun qolu qeydə alınmayandan 3-4 dəqiqə sonra Rəşad Sadıqov Vüqar Həsənliyə səsləndi: "CBC Sport"da göstərir ki, qoldu".
* Vüqar Həsənli ilk hissəyə əlavə olunan vaxtı göstərərkən Rəşad Sadıqov üsyan etdi: "Elə təkcə VAR-a baxmağa 8 dəqiqə getdi".
* Ayxan Abasov da biabırçı hakimlikdən təngə gəlmişdi. İlk hissənin sonlarında o, Vüqar Həsənliyə yaxınlaşıb "bu Rauf oyunu idarə edə bilmir", - deyə etiraz etdi.
* Hesab 0:3 olarkən tovuzlu azarkeşlər "Ayxan, sən bizim ürəyimizsən" şüarını səsləndirdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-03-2023, 14:0

Səhv, avtoqol, penalti və “sülh”... - REPORTAJ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Premyer-liqa

14-03-2023, 16:0

“Turan Tovuz” – “Qəbələ” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Zirə” – “Qəbələ” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə