Millimizin rəqibləri bilindi

17.09.2026 19:57 18
Ölkə futbolu
U-15 millimiz ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.

"Football-plus.az" xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.

Püşkatmanın nəticəsinə əsasən yığmamız “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.

FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək ölkəmizdə keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.