“Liverpul”un oyunçusu sıradan çıxdı

22.04.2023 16:27 232
Dünya futbolu
Roberto Firmino bir müddət futbol oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un oyunçusu sıradan çıxıb.

Baş məşqçi Yürgen Klopp braziliyalı hücumçunun əzələsində problem olduğunu bildirib. Alman mütəxəssis Robertonun növbəti 2-3 matçda oynamayacağını da deyib.

Firmino bu mövsüm premyer-liqada iştirak etdiyi 23 oyunda 9 qol vurub.