AFFA İntizam Komitəsi növbəti qərarlarını açıqlayıb.
Cəzalananlar arasında "Zaqatala" da var. Belə ki, 1-ci divizionun 16-cı turunun “Zaqatala” - MOİK oyunundan əvvəl ev sahibi klub meydanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə 80 manat cərimə olunub.
"Football-plus.az" saytı olaraq meydanın niyə vaxtında təmizlənmədiyini Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovdan soruşduq:
"Gözləmədiyimiz anda hava kəskin şəkildə dəyişdi. Stadionda ərazini qardan təmizləyən maşın yararsız haldadı. O vasitə olmadan bir neçə saata qazonu təmizləmək olardı, ya olmazdı - bunu deyə bilmərəm. Bu sualı stadion rəhbərliyi cavablandırsa, düzgün olar. Adətən hava şəraiti qəfildən dəyişəndə oyun təxirə salınır. Məsələn, divizionun ötən mövsüm baş tutan "Turan Tovuz" - "Sabah-2" qarşılaşmasında da eyni hal baş vermişdi. Hava şəraitini nəzərə alıb matçı təxirə saldılar. Meydan sahiblərini nə cəzalandırdılar, nə də cərimə kəsildi. Bizim oyunun niyə təxirə salınmadığını bilmirəm".
ABDULLA İSMAYILOĞLU
"Bizim oyunun niyə təxirə salınmadığını bilmirəm" - Rüstəm Məmmədov
I liqa

