MHL-də pley-off oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, seriyanın 4-cü oyununda “Los-Anceles”ə 5:4 hesabıyla qalib gələn “Edmonton”un heyətində Leon Drayzaytl hesabına 3 (2+1) xal yazdı.
Almaniyalı forvard karyerasında 6-cı dəfə bir period ərzində 3 xal toplamaqla bu göstəricidə Pol Koffi ilə Moris Rişara çatdı. Bir periodda 3 xal toplanan oyunların sayına görə rekord (12) əfsanəvi Ueyn Qretskiyə məxsusdu.
“Tampa-Bey” ilə “Toronto” arasındakı seriyanın 3-cü oyununda dava düşdü. “Tampa”nın forvardı Stiven Stemkosla “Toronto”nun forvardı Oston Mettyusu başqaları araladı. MHL tarixində ilk dəfə mövsümdə 60 qol vurmağı bacaran hokkeyçilər tutaşdı. Stemkos bunu 2011/12, Mettyus isə 2021/22 mövsümündə bacarıb.