Komandanı meydana kapitan kimi məhz Tərlan Əhmədli çıxarmışdı. Baş məşqçi Ayxan Abbasov isə kapitanlıq sarğısının onu əvəzləyən əlcək sahibində qalmasını istədi. 28 yaşlı qapıçı xeyli vaxtdı bölgə təmsilçisinin heyətində yer alsa da, elitada debüt etmək üçün 6 il gözləməli oldu.
"Football-plus.az" saytı olaraq Mehman Hacıyevdən debütü və kapitan kimi oyunda iştirak etməsiylə bağlı təəssüratını öyrəndik:
"İnanırdım ki, bu mövsüm "Turan Tovuz"un heyətində premyer-liqada debüt edəcəm. Qismət "Sabah"la matça imiş. Güclülər dəstəsində ilk oyunumun normal keçdiyini düşünürəm. Ayxan müəllimin kapitanlıq sarğısını daşımağımı istəməsinə gəlincə, fikrimcə, debüt edən futbolçu üçün bundan gözəl jest ola bilməz. Bu addımı ancaq böyük ürəyi olan məşqçilər atar. Ayxan Abbasov həm böyükürəkli insan, həm də böyük məşqçidi".
ABDULLA İSMAYILOĞLU





