• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Valverdeni həbsxana, yoxsa diskvalifikasiya gözləyir?

Dünya futbolu

17-04-2023, 22:0

11 il əvvəl növbəti “qaynar” “el-klasiko”dan sonra “Real”a rəhbərlik edən Joze Mourinyo “Nou Kamp”ın parklama yerində hakimi gözləmiş və görən kimi ona “dişinin dibindən çıxanı” demişdi.

"Football-plus.az" xəbər verir ki, indi isə İspaniya futbolunda bundan da böyük qalmaqal yaşanır. “Real”ın yarımmüdafiəçisi Federiko Valverde “Vilyarreal”ın avtobusunun önündə “sarılar”ın oyunçusu Aleks Baenanı vurub. Əslində meydanda da bu iki futbolçu arasında toqquşma baş vermişdi. Baena oyun epizodlarının birində Valverdeyə qarşı kobudluq etmiş, dirsəklə onun başının arxasına zərbə vurmuşdu, onda uruqvaylı özünü qisas hissindən çətinliklə qorudu.

Avtobus önündəki dava ictimailəşəndən sonra aydın oldu ki, meydandakı mübarizə epizoddu, bu iki futbolçu arasındalı münaqişənin əsası ölkə kubokunun yarımfinalı çərçivəsində fevralda keçirilən oyunda qoyulub. “Marca”nın versiyasına görə Baena həmin oyunda həmkarına belə söz atıb: “Ağla, oğlun dünyaya gəlməyəcək”. Həqiqətən belədisə, Valverdenin həmin oyunda özünü necə saxladığı təəccüb doğurur, ona görə ki, ailə onun üçün çox həssas mövzudu. Bu haqda uruqvaylının xanımı, ikinci hamiləlik dövründə çətinlik çəkən Mina Bonino danışıb. Hansısa mərhələdə həkimlər belə hesab etdilər ki, döl yaşamayacaq, ancaq bir müddət sonra hər şey normaya düşdü. Yeri gəlmişkən, həmin əhvəlat Valverdenin oyununda enişə səbəb oldu. Vəziyyət düzələndən sonra isə Fede klub dünya çempionatının finalında vurduğu qollardan birini uşağın butılkadan qidalanmasını göstərən jestlə qeyd etdi. Odu ki, “Santyaqo Bernabeu”nun avtomobil dayanacağında yaşanan hadisədən sonra İspaniyada ictimai rəy bölünüb, çoxları Valverdenin tərəfini tutur. Və ya ən azı onu anlamağa çalışır. Öz ünvanına səslənən ittihamlardan şoka düşən Baena isə Kastelyondakı polis bölməsinə ərizə ilə müraciət edib və sosial şəbəkədə böyük paylaşım edib:

“Ötən şənbə - “Real”la oyun başa çatandan sonra həmkarım üzərimə hücum çəkdi. Bu hadisədən sonra onun ətrafından bəzi açıqlamalar verildi ki, guya mən Valverdenin ailə üzvünə pislik arzulamışam. Həmin vaxtdan bəri bu iddianı təsdiq edən bir söz də yoxdu. Hərçənd başqa cür də ola bilməzdi. Arzuolunmaz olaydan aqressivliyə bərabət qazandırmaq üçün istifadə olunur və yalan yumruqdan daha çox ağrıdır. Ailəmə vurulan zərbəni düzəltmək mümkün deyil, buna bəraət yoxdu. Təhdidlər, təhqirlər, hətta ailəmə ölüm arzulayan mesajlar alırıq. Dünən hadisə haqda polisə məlumat verdim. Qoy ədalət məhkəməsi öz işini görsün. İndi mənim yeganə hədəfim işimə köklənmək, kluba qarşıya qoyulan vəzifələrin həllində yardım etməkdi”.


Klubu da Baenanı dəstəkləyib: “Vilyarreal” istənilən zorakılıq aktının əleyhinədi, Baenanın versiyasına qəti şəkildə inanır və proses boyunca onu dəstəkləyəcək”.

Ailə dramı
Münaqişənin digər tərəfi isə informasiya məkanında o qədər də fəal deyil. “Real”ın oyundan bir gün sonra keçirilən məşqindən futbolçular dönərkən həmkarlarımız Valverdedən münasibət öyrənmək istəyib, o isə yalnız “yox-yox, üzürlü sayın” ifadəsi ilə kifayətlənib. Əvəzində uruqvaylı onu gözləyən azarkeşlərlə söhbət edib və bir neçə avtoqraf verib.

“Real” heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Komandanın baş məşqçisi Karlo Ançelotti də izahatdan boyun qaçırıb, sadəcə, Valverdenin unikal insani keyfiyyətlərə malik olduğunu deyib. Nəticədə əsas spiker kimi Valverdenin xanımı çıxış edib. İxtisasca jurnalist olan Boninonun yaydığı geniş mətndə bu ifadələr yer alıb: “Biz heç vaxt və heç kimi zorakılığa təhrik etmirik. Baenanın təhdidlərlə üzləşməsinə görə təəssüflənirik, ancaq bu bizə aid məsələ deyil. Bütün yaşadıqlarımızdan sonra məni incidən məqam budu ki, ailə bədbəxtliyindən yararlanmağımıza dair fikirlər oxuyuram. Hər şeyi görən və həqiqəti bilən Allah var və biz sakitik. Ancaq onlar hələ heç sağalmayan yaranın üstünü açırlar. Uşaq doğulana qədər mənə rahatlıq yoxdu. Elə sərhədlər var ki, bunları keçmək olmaz”.

Cinayət ssenarisi
Hələ ki bütün bu tarixçə emosional açıqlamalarla müşayiət olunur, davamının necə olacağını öncədən demək çətindi. “As” xəbər verir ki, aprelin 17-də zorakılıq, irqçilik, ksenofobiya və idmanda dözümsüzlük ilə mübarizə üzrə dövlət komissiyasının bu insidentə həsr olunan iclası keçiriləcək. Komissiya polisin əlində olan informasiyanı nəzərdən keçirəcək və Baenaya zərbəni tibbi baxımdan dəyərləndirəcək. İclasda iki qərardan biri verilə bilər. Komissiya ya Valverdenin 1-6 ay aralığında idman qurğularına baş çəkməsinə yasaq qoyacaq, ya da əlindəki informasiyanı İspaniya Kral Futbol Federasiyasına ötürəcək. Federasiya da öz növbədində Valverdeni 4 oyunluq diskvalifikasiya edə bilər. Ötən mövsümün gedişində sequnda çərçivəsində Xixonda keçirilən oyun başa çatandan sonra butılkanı “Sportinq” azarkeşinə atan “Valyadolid”in hücumçusu Serxio Leon məhz belə cəza almışdı.
Ancaq həmin hadisəni presedent kimi qəbul etmək bir qədər çətindi. İş ondadı ki, Xixondakı insident paltardəyişmə otağına gedən yolda baş vermiş və videokamarealar tərəfindən qeydə alınmışdı. İndi “Vilyarreal”ın əlində də qalmaqalın videoyazısı var. Ancaq hadisə stadionda baş verməyib, hakimin protokolda bununla bağlı hansısa qeydi yoxdu. Bu üzdən, ümumiyyətlə, uruqvaylıya münasibətdə idman sanksiyalarına əl atılmaması, işin cinayət müstəvisində araşdırılması mümkündü. İkinci variantın mümkünlüyünə yol açan səbəb həm də Baenanın davranışıdı. Klub bu vəziyyətdə hansı qərarı vermək imkanını futbolçuya buraxıb. 21 yaşlı yarımmüdafiəçi isə yarışların keçirilməsi üzrə komitəyə şikayət etmək imkanı olduğu halda, məhz polisə üz tutub. Məhkəmə də öz növbəsində futbolçuya vurulan zərbə əməliyyat zərurəti yaratmayıbsa, əmək qabiliyyətini müvəqqəti itirməyə səbəb olmayıbsa, Valverdeni cərimə etməklə kifayətlənə bilər.

Bu işdə variantlar və nüanslar çoxdu, tezliklə ona baxılacağını gözləməyə dəyməz. Leonla bağlı insidentin araşdırılması 6 ay çəkdi. İndi isə tərəflərin hər biri öz versiyasının üzərində dayanır, mediaya ən müxtəlif variantlar sızır. Məsələn, deyilənə görə, Valverde Baenadan polisə üz tutmamağı xahiş edib, o da cavabında uruqvaylıdan ictimaiyyət önündə ailəsinin təhqir olunması ilə bağlı ittihamı geri götürməyi tələb edib. Eləcə də uruqvaylının avtobus önündə ispaniyalıdan meydanda dediyini təkrarlamağı istədiyi və yalnız bundan sonra zərbə vurduğu bildirilir. Bir başqa mənbə iddia edir ki, Baenanın kubok oyununda ağlamaqla bağlı göstərdiyi jest və dediyi ifadələr istisnasız futbolla bağlı olub. O da bildirilir ki, hər iki oyunun videoyazısını izləyən ekspertlər Baenanın Valvedeni təhqir etməsiylə bağlı heç bir sübut tapmayıblar və belə qərara gəliblər ki, nəsə olubsa belə, kameraların “görmədiyi” yerdə və ya tribunaların altında olub.

Bir sözlə, hər şey məhkəməyə aparır. Belə görünür ki, əsas açıqlamalar məhz məhkəmə salonunda səslənəcək. Əlbəttə, tərəflər barışmayacağı və Baena polisdən ərizəsini geri götürməyəcəyi halda. Hələ ki La Liqanın prezidenti Xavyer Tebasın dəyərləndirməsi ilə kifayətlənmək olar: “Baena tərəfindən təxribat olubsa belə, bu, Valverde üçün yüngülləşdirici məqamdı, ancaq onun hərəkətinə bəraət qazandırmır”.

Valverde “Real”ın “Çelsi”yə qarşı Çempionlar Liqası çərçivəsində keçirdiyi oyunda meydanda göründü və yetərincə yaxşı təsir bağışladı. Görünür, klub onu qalmaqal ətrafındakı söz-söhbətdən uzaq tutmağı bacarıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2023, 20:0

Valverde Baenanı niyə yumruqlayıb?

Dünya futbolu

6-04-2023, 10:0

Benzema Ramazan ayında qarşısıalınmazdı! - FOTO

Dünya futbolu

1-10-2022, 15:0

Sentyabrın ən yaxşı oyunçusu seçildi

Dünya futbolu

5-11-2022, 21:0

Oktyabrda klubun ən yaxşı oyunçusu oldu

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə