"Real Madrid"in futbolçusu La Liqanın ən yaxşısı seçildi

30.09.2022 12:50 379
Dünya futbolu
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu, "Real"ın yarımmüdafiəçisi Federiko Valverdedir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Uruqvaylı futbolçu bu ay çempionatda keçirdiyi 3 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.