Bu şəxs “CBC Sport”un yeni rəhbəri olacaq? – ÖZÜ AÇIQLADI

25.04.2023 16:15 583
Aktual / Maraqlı
Premyer-liqanın yayın hüququna malik olan “CBC Sport”da işlər qaydasında getmir.

“Football-plus.az” xəbər verir ki, telekanalda bir sıra dəyişikliklər edilib. Bəzi departamentlər ləğv olunub. Redaksiyamıza daxil olan məlumata görə, yaxın müddətdə rəhbərlikdə də dəyişikliklər olacaq. Volkan Üst vəzifəsindən göndəriləcək. Onu isə Şakir Eminbəyli əvəz edəcək. Tanınmış jurnalistlə artıq bu istiqamətdə söhbət də olub.

Məsələni dəqiqləşləşdirmək üçün Şakir EminBəyli ilə əlaqə saxladıq:

“Elə bir söhbət kimlərinsə fantaziyası əsasında ola bilər. Mənim heç bir telekanal rəhbəri olmaq kimi zay fikrim yoxdu. Heç kimlə bu barədə nə görüşüm olub, nə də belə bir görüş planlaşdırılır”.


İLKİN SULTANLI