Qadınlardan ibarət 3x3 basketbol üzrə yığma komandamızın bir qrup heyət üzvü Serbiyanın Novi Sad şəhərində hazırlıqlara başlayıb.
"Football-plus.az" xəbər verir ki, millimiz serbiyalı mütəxəssislərin rəhbərliyi ilə gündə iki dəfə olmaqla məşqlərdə iştirak edir.
Təlim-məşq toplanışında əsas məqsəd may ayında start götürəcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasına hazırlaşmaqdı.