Güləşçilərimizdən iki bürünc medal

12.09.2022 23:20 376
İdman
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Millimizin yunan-Roma güləşçisi Taleh Məmmədov və Həsrət Cəfərov bürünc medal görüşə çıxıblar. 63 kq-da mübarizə aparan Taleh ermənistanlı Qraçya Poqosyanı, 67 kq-da yarışan Həsrət isə türkiyəli Murat Fıratı məğlub edib. Onların hər ikisi bürünc medal qazanıb.