Artıq Kərim Benzemanın “Real”da bundan sonrakı karyerası ilə bağlı sual qalmayıb. Onun müqaviləsi avtomatik yenilənib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu təcrübəli futbolçu ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzatmaq variantını aktivləşdirib. Rəhbərlik sözləşmədəki müvafiq bənddən yararlanıb. Həmin bənddə “Qızıl top”u qazanacağı halda futbolçu ilə müqavilənin avtomatik yenilənəcəyi qeyd edilib.
“As” qəzetinin məlumatına görə, 2023/24 35 yaşlı hücumçunun klubdakı sonuncu mövsümü olacaq. İddiaya inansaq, bunu Kərim də başa düşür. 2024-cü ildə hazırda “Palmeyras”da icarə əsasında çıxış edən braziliyalı hücumçu Andrik “Real”a qoşulacaq. Həmçinin klub hücum xəttini gücləndirmək üçün başqa variantlar da axtarır. Son günlər rəhbərliyin “Mançester Siti”nin hücumçusu Erlinq Holannı almaqda maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Benzema bu mövsüm La Liqada 19 oyunda meydana çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə verib. O, “Real”da 2009-cu ildən top qovur.