Şkrinyar əməliyyat olundu

21.04.2023 18:51 281
Dünya futbolu
Milan Şkrinyarın səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “İnter”in müdafiəçisi onurğa sütunundan əməliyyat olunub. İtaliya mənbələrinin xəbərinə görə, o, yaxın həftələrdə reabilitasiya proseduru keçəcək. Futbolçunun hansı tarixdə yaşıl meydana qayıdacağı hələlik məlum deyil.

Bir müddət əvvəl yayılan xəbərlərə görə, slovakiyalı futbolçu belindəki problemlər səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Şkrinyar bu mövsüm İtaliya çempionatında 21 oyun keçirib.