Şkrinyar Parisə nə vaxt yollanacaq?

31.01.2023 12:56 280
Dünya futbolu
Milan Şkrinyar “İnter”i tərk edir. O, PSJ-yə keçmək üzrədi.

Football-plus.az xəbər verir ki, bu barədə ilk məlumatı tanınmış futbol insayderi Fabritsio Romano “tvitter” səhifəsində yayıb. Slovakiyaklı müdafiəçinin keçidi bu ay alınmasa, Paris klubuna yayda azad agent kimi yollanacaq.

İtaliya klubu ilə müqaviləsini yeniləmək istəməyən Şkrinyar bu mövsüm “İnter”də ümumilikdə 27 oyuna çıxıb və bir məhsuldar ötürmə verib.