• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ayxan Abbasov toxunulmazdı? - KÖŞƏ

Premyer-liqa / Yazarlar

20-04-2023, 23:0

“Turan Tovuz” ölkə kubokunun ilk yarımfinal oyununda “Neftçi”yə qalib gəldi.

Bu da o deməkdi ki, bölgə təmsilçisi finala doğru böyük addım atıb. Premyer-liqanın debütantı həlledici görüşə vəsiqə qazana bilsə, həm Ayxan Abbasov, həm də özü üçün böyük uğur olacaq. “Turan Tovuz” bununla həm də finaldakı rəqibi üzərində böyük psixoloji üstünlük qazanacaq. Fərqi yoxdu, rəqibi kim olacaq – “Qəbələ”, yoxsa “Səbail”. “Neftçi”ni üstələyən komanda bu rəqiblərin hər ikisiylə dueldən qalib ayrıla bilər. Hadisələrin indiki axarı “qırmızı-qaralar”ın finalın iştirakçılarından biri olacağından xəbər verir. “Turan Tovuz” da Elmar Baxşıyevin komandasına qarşı bu mövsüm keçirdiyi üç görüşün ikisində uduzmayıb. Yeganə məğlubiyyət açılış turuna təsadüf edib ki, onu da start həyəcanının ayağına yazmaq olar.

Sözümün canı odu ki, qərb təmsilçisi debüt mövsümündə tarixi uğura imza atmaq, təxminən 30 il əvvəl olduğu kimi UEFA-nın bayrağı altında keçirilən turnirin iştirakçısına çevrilmək üçün əla fürsət qazanıb. “Turan Tovuz” bu böyük uğura imza atmaqla həm də mövsümün gedişində kluba sponsorluq etmək üçün sinəsini irəli verən “Hünər Qrup”un üzünü ağ etmiş olacaq. Böyük fədakarlıq və risk edən tikinti şirkəti daha da həvəslənəcək, bununla da Tovuz təmsilçisini gücləndirməyə, bölgənin futbol ənənələrinin bərpası üçün daha böyük işlər görməyə başlayacaq. Məsələnin digər tərəfi də var. “Turan Tovuz”la “Hünər Qrup”un işbirliyinin uğur gətirməsi başqaları üçün də stimul yaradacaq, xoş bir nümunəyə çevriləcək. Bununla da götür-qoy edənlər, qərar verməyə çətinlik çəkənlər də qətiyyətli davranacaq.

Bütün bunlar nikbin proqnozlarımdı. Sözsüz, onların həyata keçməsi gələcəyin işidi. Zaman özü göstərəcək ki, mən haqlıymışam, ya yox. Həm də bunun həyata keçməsi üçün “Turan Tovuz”un başladığı işi sona çatdırması, finala gedən yolda büdrəməməsi və sonda gülən tərəf olması şərtdi. Yazının bu yerində həm proqnozlarımı saxlayım, həm də nikbinliyimi. Qismət olsa, zamanı gələndə bu mövzunu davam etdirərik. İndi “Turan Tovuz”un gücündən və Ayxan Abbasovun qərb bölgəsindəki işindən bəhs edək. Zaman-zaman onu tənqid edirik. Bütün bunlar ona görədi ki, Tovuzda ondan çox şey gözlənildiyindən, həmçinin özünün iddialarından xəbərdarıq. Onun “Sumqayıt”la oyundan sonra klub prezidenti Riad Rəfiyevə mesaj göndərməsi, azarkeşlərdən incikliyini dilə gətirməsi sıradan olay deyildi. Hiss olunurdu ki, Sumqayıtdan incik ayrılıb, ürəyinin dərinliklərində onu incidənlərdən qisas almaq həvəsi bəsləyir. Haqsız da deyil. Elə yazılarımda da bu məqamı vurğulamışam. Əminliklə bildirmişəm ki, “Sumqayıt”ın uğursuz nəticələrində heç də əsas rol Abbasovun olmayıb, komanda belaruslu Aleksey Baqa ilə daha dərin böhran yaşamaqla haqlı olduğumuzu göstərdi.

Bu mənada “Turan Tovuz”un baş məşqçisi kimi tutduğu post, qərb klubunda ona etimad göstərilməsi Ayxan bəy üçün də böyük şansdı. Gənc mütəxəssis işiylə isbat etməlidi ki, məşqçi kimi potensialı var və Riad Rəfiyev ona qarşı haqsızlıq edib. “Turan Tovuz”un mövsümə uğurlu start verməsi də bunun xəbərçisi idi. Startdakı 5 turun dördündə uduzmayıb, 10 xal toplamağı bacaran komanda çox keçmədi ki, 6-cı pillədə möhkəmləndi. Düzdü, qərblilər ilk üç yer uğrunda mübarizəyə ciddi müdaxilə etməyi bacarmırdı. Bununla belə, Abbasovun çalışdırdığı kollektiv aşkar autsayderlərdən də fərqlənir, özünəməxsus dəst-xətti ilə seçilirdi. Elə nə oldusa, bundan sonra oldu. Həm 6-cı pillənin verdiyi rahatlıq, həm də komanda haqda deyilən xoş sözlər Ayxan bəyi şirin yuxuya verdi. İş o yerə gəlib çıxdı ki, yeni sponsorun gəlişini ardıcıl üç qələbə ilə bayram edən, azarkeşlərini sevindirən “Turan Tovuz” sonrakı 7 turda qələbəyə həsrət qaldı. Qəbələdə “Kəpəz”ə yenilginin fəsadı daha ağır oldu. İndi 7-ci sıradakı gəncəlilərlə arada cəmi 1 xal var. Deməli, hadisələrin belə axarı davam etsə, “Turan Tovuz” daha aşağı düşər, özü üçü “isitdiyi” pilləni əldən verə bilər. Bu acınacaqlı mənzərənin tənqidləri, azarkeşlərin “istefa” çağırışlarını da özüylə gətirməsində təəccüblü heç nə yoxdu.

Amma “Neftçi” üzərindəki qələbə, kubokun finalına doğru atılan önəmli addım dönüş nöqtəsinə çevrilə bilər. Bu qələbə həm də onu göstərdi ki, Ayxan bəyin tənqidçiləri haqlı imiş. Tovuz təmsilçisinin potensialı daha artığına imkan verir. Sadəcə, məşqçi komandanın gücünü düzgün qiymətləndirməli, futbolçuları ayrı-ayrı rəqiblərə qarşı kökləməyi bacarmalıdı. Komanda uduzubsa, baş məşqçinin də günahı var. Bir sözlə, Ayxan Abbasov nə qüsursuzdu, nə də toxunulmaz.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

20-02-2023, 10:0

“Turan Tovuz”dan ilklər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Ölkə futbolu / Manşet

7-06-2022, 16:0

Ayxan Abbasov “Turan Tovuz”da oynayacaq futbolçuların adını açıqladı - SİYAHI

Premyer-liqa / Manşet

31-03-2023, 17:0

"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

Ölkə futbolu

12-08-2022, 14:0

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

Ölkə futbolu

9-03-2023, 17:0

"Turan Tovuz" baş məşqçisinin müqaviləsini daha üç il uzatdı

Aktual
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
Son xəbərlər
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
Daha çox
Oxunub: 221
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə