Mariya Stadnik və Alyona Kolesnik yarımfinala yüksəldilər - "Avropa çempionatı"

19.04.2023 16:06 252
İdman
Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Alyona Kolesnik 59 kq çəki dərəcəsində qızıl medal şansını davam etdirib.

1/4 finaldan mübarizəyə qoşulan Kolesnik bu raundda italiyalı Moreno De Vitanı iki dəqiqə ərzində məğlub edib. Onun yarımfinaldakı rəqibi Yuliya Tkaç (Ukrayna) olacaq.

Daha əvvəl Mariya Stadnik yarımfinala adlayıb. 50 kq-da çıxış edən səkkizqat qitə çempionu finala vəsiqə uğrunda Anna Lukasyakla (Polşa) görüşəcək.

Digər güləşçi Elnurə Məmmədova (55 kq) isə 1/4 finalda Andrea Anaya uduzub. Rumıniyalı güləşçi finala yüksələ bilsə, Məmmədova təsəlliverici görüşə qatılacaq.