“Huner Group”un rəhbəri: “Neftçi" kimi güclü komandaya qarşı əzmkar oyun göstərmək bizi əlavə xoşbəxt etdi”

20.04.2023 15:00 484
Ölkə futbolu / Manşet
Ölkə kubokunun yarımfinalının ilk görüşündə “Turan Tovuz”un “Neftçi” üzərində qələbəsinə ən çox sevinənlərdən biri də “boz qurd”ların sponsoru, “Huner Group”un rəhbəri Ehtiram Quliyev idi.

“Football-plus.az” xəbər verir ki, qarşılaşmanı həyəcanla izləyən iş adamı oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb.

- Öncə matçla bağlı fikirlərinizi bölüşərdiz...
- Oyunumuz çox gözəl alındı. Burda xüsusilə futbolçularımızın böyük əməyi oldu. Və ən böyük əmək azarkeşlərimizin oldu. Komandanı sonadək dəstəklədilər. Buna görə çox xoşbəxtəm.

- Bizdə olan məlumata görə, “Kəpəz”ə məğlubiyyətdən sonra komanda ilə iclas keçirmisiz...
- Bizim komanda ilə həmişə görüşlərimiz, oyunlardan əvvəl müzakirələrimiz olur. Standart bir görüş idi.

- Etiraf edək ki, çox stresli oyun oldu.
- Bəli, biz də elə düşünürük. "Neftçi" çox böyük komandadı. Qat-qat güclüdü. Belə güclü komandaya qarşı əzmkar oyun göstərmək bizi əlavə xoşbəxt etdi.

- Cavab qarşılaşmasından nə gözləyirsiz?
- Etiraf etmək lazımdı ki, şansımız çox az idi. Hələ də az olaraq qalır. Mərhələnin favoriti “Neftçi”di. Amma azarkeşlərimizi sevindirdiyimizə, bu şəhərə futbol əhval-ruhiyyəsini, bayramını gətirdiyimizə görə xoşbəxtik.

- Bu oyuna görə yaxşı stimul olacaq?
- Yəqin ki, olacaq.

- "Qəbələ" akademiyansının yeni sponsoru olan şirkətin rəhbəri Aslan bəy açıqlamasında sponsorluq müqaviləsinin bağlanmasında sizin böyük rolunuzun olduğunu bildirmişdi. "Kəpəz"lə "Şamaxı" üçün də iş adamlarını dəvət etmək fikriniz var?

- Aslan müəllim dostunuzdu. Müzakirələrimiz oldu. Tək futbola yox, eyni zamanda şirkətlərə müsbət təsirləri barədə danışıqlar oldu. Ümid edirik ki, yaxın zamanda "Kəpəz"lə "Şamaxı" klublarına da sponsor tapılar.

RƏŞAD