Football-plus.az xəbər verir ki, tovuzluların sevinci o qədər güclü idi ki, hətta paltardəyişmə otağına klubun prezidenti Oqtay Abdullayevlə yeni sponsor "Huner Group"un rəhbəri Ehtiram Quliyev də təbrik üçün baş çəkdi.
Futbolçulara əlavə mükafatın verilib-verilmədiyini “Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyevdən soruşduq:
"Həm Oqtay, həm də Ehtiram müəllim qələbə münasibətlə şəxsən futbolçuları təbrik etmək və uğurlar arzulamaq istədilər. Uğurlu nəticə göstərdiyimiz bütün oyunlara görə mükafat olur. Yəqin ki, bu qarşılaşma üçün də xüsusi nəsə olacaq".
ABDULLA İSMAYILOĞLU




