“Herta”da çoxdan gözlənilən hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu baş məşqçi Sandro Şvarts ilə yolları ayırıb.
Bundesliqanın son turunda “Şalke-04”ə məğlubiyyət (2:5) komandanı ötən ilin yayından çalışdıran 44 yaşlı məşqçinin istefaya göndərilməsini qaçılmaz edib. Şvartsı Pal Dardai əvəzləyib. Macarıstanlı mütəxəssislə bağlanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Dardai berlinliləri bundan əvvəl iki dəfə (2015-19, 2021) çalışdırıb. Onu köhnə-təzə komandasında çətin vəzifə gözləyir. Bundesliqada 28 turdan sonra 22 xalla sonuncu yerdə olan “Herta” 2-ci diviziona düşməyə əsas namizəd saylır.