"Neftçi" Brkiçlə bağlı problemə reaksiya verdi

14.03.2023 16:32 464
Ölkə futbolu
Yayda İvan Brkiçin "Neftçi" ilə müqaviləsinin müddəti başa çatır. Xorvatiya mətbuatında yer alan məlumata görə, qolkiper flaqmanla yeni saziş imzalamağa tələsmir.

Görəsən, klub onu komandada saxlamaq istəyir? Brkiçlə danışıqlara başlanılıb? Məsələ ilə bağlı suallarımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında bunları söylədi:

"Yayda müqaviləsinin müddəti bitən hansısa futbolçu ilə razılaşma əldə etməmişik. Buna baxmayaraq, Brkiçin komandada qalmasını istəyirik. Onun da fikri belədi. Yəni ümumi fikir müsbətdi. Hansısa klubla razılaşmaq və ya harasa getmək hələ ki müzakirə mövzusu deyil. Bu məsələdə arxayınıq ki, Brkiç "Neftçi"də qalacaq".


İLKİN SULTANLI