“Neftçi” Dimitri Nazarovu transfer edir? - AÇIQLAMA

13.03.2022 17:00 1 960
Ölkə futbolu / Manşet / Günün xəbəri
Son günlərdə mediada Dimitri Nazarovun “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər yayılır.

Mənbələrdə millimizin sabiq üzvünün hazırda Almaniya 2-ci liqasında mübarizə aparan "Erzgebirge”dən ayrılmaq niyyətindədi. Onun “Neftçi”də oynamaq istədiyi və bununla bağlı danışıqlar getdiyi bildirilir.

Xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün flaqmanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında “ağ-qaralar”ın hazırda heç bir futbolçu ilə danışıqlar aparmadığını və bu mövzunun gündəmdə olmadığını qeyd etdi.

SƏNƏM FƏRHADOVA