Qrup hərəkətləri komandası Almaniyada daha iki medal qazandı

6.03.2023 11:34 248
İdman
Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə daha iki gümüş medal qazanıb.

"Football-plus" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı kollektiv 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci yeri tutub.

Qeyd edək ki, bu, qrup hərəkətləri komandasının sözügedən turnirdə sayca 3-cü gümüş medalı olub.