MY-nin müdafiə xəttində ciddi itkilər

15.04.2023 22:36 230
Dünya futbolu
“Mançester Yunayted”in müdafiə xəttində ciddi problemlər ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, Lisandro Martines və Rafael Varan Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə ilk matçında (2:2) zədələniblər.

Martinesin ayağı sınıb. Lisandro cari mövsümdə bir daha meydana çıxa bilməyəcək. Onun gələn mövsümün əvvəlinə qədər tam sağalacağı gözlənilir.

Varan isə bir neçə həftə oynaya bilməyəcək.