100 xal toplayan ən yaşlı hokkeyçi

15.04.2023 20:59 235
İdman
“San-Xose”nin müdafiəçisi Erik Karlsson cari mövsümdə artıq 100 xal toplayıb.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı isveçli komandasının “Vinnipeq”ə 2:6 uduzduğu oyunda dublla yadda qaldı.

MHL-in saytının yaydığı xəbərə görə, Karlsson bu liqanın tarixinə 100 xal toplayan ən yaşlı (32 yaş 314 gün) hokkeyçi kimi düşdü.

O, 1989/90 mövsümündə “Pittsburq”un heyətində 28 yaş 297 günlüyündə 100 xal toplayan Pol Kaffinin rekordunu yenilədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul