Müdafiəçi 600 xal həddinə çatdı

2.02.2023 20:30 216
İdman
Srağagün MHL-də yalnız bir oyun keçirildi ki, o da maraqlı ssenari ilə yadda qaldı.

“Sietl”lə ev oyununun 43-cü dəqiqəsində 0:2 geri düşən “Vinnipeq” qalan vaxt ərzində 4 qol vurmaqla qələbə qazana bildi. Dünən isə daha üç oyun keçirildi. “Los-Anceles”in müdafiəçisi Dryu Dauti komandasının “Karolina”ya uduzduğu oyunda iki məhsuldar ötürmə ilə yadda qaldı. Beləcə 33 yaşlı kanadalı klub tarixinə 600 xal (135+465) xal toplayan ilk müdafiəçi kimi düşdü. O, “Kinqz” formasında 1066 oyun keçirib. Dauti klub tarixinin bombardirləri siyahısında 9-cu yerdə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul