Rəsmi Bakıdan Azərbaycan bayrağının İrəvanda yandırılmasına REAKSİYA

15.04.2023 10:42 342
Manşet
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:

“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”