Azərbaycan birinciliyi təxirə salındı

14.09.2022 12:51 347
İdman
Gənclər arasında 15-16 sentyabrda keçirilməli olan ağır atletika üzrə Azərbaycan birinciliyi təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışın təxirə salınmasına səbəb sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olmasıdı.

Yarışın nə vaxt, harada təşkil olunacağı hələ açıqlanmayıb.