Azərbaycanın Ermənistanda keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti: siyahıda 1 qadın da var

20.03.2023 15:36 367
Aktual
Aprelin 15-23-ü aralığında İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək.

"Football-plus.az" saytının məlumatına görə, yarış lisenziya xarakteri daşıyır. Bu üzdən millimizin də Ermənistana yollanacağı istisna olunmur. Artıq Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında ilkin heyətlər açıqlanıb. Siyahıda millimizin 5 üzvü də yer alıb.

Söhbət İsa Rüstəmov (67 kq), Omar Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) və Nazilə İsmayılovadan (49 kq) gedir.

Yekun qərar aprelin 11-dək verilməlidi.

KƏNAN HƏSƏNOV