• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şumaher haqda nəyisə bildiyini deyən adamlar əslində heç nə bilmirlər”

İdman / Müsahibə

14-04-2023, 21:0

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) sabiq prezidenti Jan Todt İtaliyanın «Corriere della Sera» qəzetinə verdiyi müsahibədə həm Mihael Şumaher haqda danışıb, həm də «Formula-1”in cari mövsümü ilə bağlı təəssüratını bölüşüb.

— Avtomobil qəzalarının əksəriyyəti sükan arxasında mobil telefondan yararlanmaq üzündən baş verir. Bu fikri adamlara necə çatdırırsız?
— Şarl Lekler, Mik Şumaher, Mark Merkes, Patrik Dempsi və Maykl Fassbenderin qatıldığı ümumdünya kampaniyasına başlamışıq. Məşhurların xidmətindən yararlanırıq ki, gənclərin sükan arxasındakı davranışına təsir göstərək.

— Haqq etdiyiniz istirahətdən həzz ala bilərsiz, ancaq bütün iş gününü sosial layihələrə həsr edirsiz…
— İndi mənim yetərincə çox boş vaxtım olur. Özümü xoşbəxt adan sayıram və əvəzində nəsə verməyə hazıram. Dostlarla birgə Parisdə beyin və onurğa beyni araşdırmaları üzrə institut yaratmışıq, bu sahədə minlərlə araşdırmamız var. Adamların sağlamlığı və təhlükəsizliyi mənim üçün prioritetdi.

— «Formula-1”də sizin gedişinizə görə təəssüflənənlərin sayı çoxdu?
— Eşitmişəm ki, bəzi narazılar var. Bunlardan biri Stefano Domenikalidi («Formula-1”in prezidenti və icraçı direktoru — red.), 16 il birgə çalışdıq, sonra o mənim dostum oldu. Amma bax, oğlum Nikolya bir daha paddokda görünməməyimdən razıdı. O, bəzi pilotların, eləcə də Şarl Leklerin meneceridi, onun üçün mən yardımçı yox, əngəl idim.

— Həyat yoldaşınız Mişel Yeo «Oskar» mükafatlarının təqdimat mərasimində ən yaxşı aktrisa kimi təltif olunarkən nə hiss etdiz?
— Bu futbol üzrə dünya çempionatında qələbə qazanmağa bənzədi. Los-Ancelesə çatandan sonra şansımızın olduğunu düşünürdük, ancaq zərf açılana qədər nəticəni bilmirsən. Onlar ad çəkəndə xoşbəxtlikdən özümdə deyildim. Mişelin nə qədər çalışdığını bilirəm. Qalibin adı açıqlananda onun qulağına dedim ki, «2000-ci ildə Suzukada Mihaellə podiuma qalxarkən yaşadığım hissləri yaşayıram. Ailəmizdə yeni dünya çempionu peyda oldu».

— Siz Mihael Şumaherə baş çəkirsiz. Amma biz onu qəzadan sonra heç görməyən adamların dilindən çoxlu şayiə eşidirik.
— Gəlin, Korinnanın (Şumaherin xanımı — red.) və uşaqların qərarına hörmət edək, şəxsi həyatla bağlı sirri qoruyaq. Biz bilirik ki, həmin bədbəxt hadisənin fəsadları var. Ancaq nəyisə bildiyini deyən adamlar əslində heç nə bilmirlər. Tez-tez ona baş çəkirəm. Mihael və onun ailəsi mənim ailəmdi.

— «Formula-1» üzrə dünya çempionatından translyasiyaları izləyirsiz?
— Hər şeyə baxıram. Ralliyə, dözüm yürüşlərinə, «Formula-E”yə. Yarışlardan əvvəl və sonra Stefano Domenikali ilə zəngləşirik.

— Domenikali «Red Bull”un rəqiblərinin olmamasına görə narahat deyil?
— Bəli, «Red Bull» çox güclüdü, ancaq «Aston Martin» də var. Bu komanda ildən-ilə başqalarından daha çox tərəqqi edir.

— «Aston Martin» kimi tərəqqiyə nail olmaq üçün nə lazımdı?
— Zaman və düzgün qərarlar. Lazımi adamları tapmaq və onları lazımi yerə qoymaq lazımdı.

— Vaxtilə siz «Ferrari”yə gələndə ən yaxşı texniki mütəxəssisləri götürdüz…
— Təkcə texniki işçiləri yox. Hər sahədə ən yaxşıların xidmətindən yararlanmaq hədsiz vacibdi. Şirkət haqda təəssürat onun qapısını açdığın andan formalaşır. Hətta bu proses operatorun telefon zənglərinə necə cavab verməsindən başlayır. Siz əvvəlcə ən yaxşıları ətrafınıza yığmalı, sonra münbit mühit yaratmaqla onların fəaliyyətini əlaqələndirməlisiz.

— «Ferrari”yə indi belə etməkdə nə mane olur?
— Bununla bağlı mülahizə yürütmək mənlik deyil. «Ferrari”yə ilk növbədə hər şeyin ən yaxşısını arzulayıram.

— «Ferrarri”nin rəhbəri Frederik Vasserlə tanışsızmı?
— Bir qədər. Oğlum onu yaxşı tanıyır, birgə çalışıblar.

— Ferstappen çoxlarına Şumaheri xatırladır…
— Maks sürətlidi, nadir hallarda səhv edir, Mihael kimi o da döyüşçüdü. Ancaq insani baxımdan Maksı o qədər yaxşı tanımıram ki, haqqında danışım. Mihael yarış vaxt özünəəmin və dözülməz görünə bilərdi, ancaq bu, utancaqlığı gizlətməyə yardım edən obrazı idi. O həmişə təvazökar idi, daim gücünüə şübhə ilə yanaşırdı. Mihael heç vaxt komandanı suçlamırdı, hətta Silverstounda məhz bizim günahımız üzündən əyləc sistemi sıradan çıxanda da. Müqayisə etmək istəmirəm, ancaq onunla Maksın bir ümumi cizgisi var.

— Hansı?
— Hər biri yaxşı komandanın şərəfini qoruyub, bu da kömək edir.

— Lekler daha rəqabətədavamlı komandanın şərəfini qorusaydı, Ferstappen kimi çıxış edə bilərdi?
— Əlbəttə. «Formula-1”də yaxşı pilotlar, eləcə də çox yaxşı pilotlardan ibarət kiçik qrup var. Lekler də məhz bu qrupa daxildi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-08-2022, 14:0

Şumaher mübarizədən çəkiləcək?

İdman

8-05-2022, 21:0

“Deməzdim ki, yalnız ABŞ-ı bəyənirəm” - Şumaher

Manşet / Müsahibə

18-04-2022, 21:0

“Ferstappen mənə Mihael Şumaheri xatırladır” - MÜSAHİBƏ

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə