Alman futbolçu nə vaxt sıraya dönəcək?

8.03.2023 18:57 243
Dünya futbolu
Çempionlar Liqasının 1/8 finalının “Çelsi” ilə cavab oyunu “Borussiya” üçün ikiqat uğursuz alınıb.

“Football-plus.az” xəbər verir ki, Londonda 0:2 hesabı ilə uduzan dortmundlular aparıcı oyunçularından birini itiriblər. Yulian Brandt 5-ci dəqiqədə zədə alaraq meydanı erkən tərk edib. Alman yarımmüdafiəçinin aqibəti geniş müayinədən sonra bilinəcək.

Brandt bu mövsüm “Borussiya”da bütün turnirlərdə keçirdiyi 31 oyunda 9 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.