“Futbol+”in şənbə sayında öz qaynaqlarımıza istinadla bu həftə AFFA İcraiyyə Komitəsinin iclasının keçiriləcəyini xəbər vermişdik.
AFFA-nın saytı bir neçə dəqiqə əvvəl bu xəbəri təsdiqlədi:
“Aprelin 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10.00-da başlayacaq iclasın gündəliyini diqqətinizə çatdırırıq: 1. Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinə hesabatı. 2. Digər məsələlər”.
Bizdə olan bilgiyə görə, yığmanın baş məşqçisinin istefaya göndərilib-göndərilməyəcəyi ilə bağlı bu an üçün qətiləşmiş mövqe yoxdu. İcraiyyə Komitəsinin üzvləri arasında hər iki variantın tərəfdarları var. Və aprelin 13-nə, nəhs günə özəllik qatan daha bir məqamı unutmaq olmaz: 15 ilə yaxındı “Qarabağ”ın “sükanı arxasında” olan, komandasını 9 dəfə avrokubokların qrupuna daşıyan Qurban Qurbanov məhz çərşənbə günü 51 yaşını tamamlayacaq. Nə qəribə təsadüf! Bəlkə adama adına layiq bir doğum günü hədiyyəsi verəsiz?!
ORXAN
Qurban Qurbanovun doğum günündə De Byazi üçün iclas - nə qəribə təsadüf!
Ölkə futbolu / Manşet




