• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superliqanın 28-ci turunun ŞƏRHİ

Dünya futbolu

11-04-2023, 18:0

Lider “Qalatasaray”ın oynamadığı tura cümə günü Konyada start verildi.

"Football-plus.az" xəbər verir ki, “Konyaspor”la “Antalyaspor”un duelində qalib müəyyənləşmədi. Son 3 turda start heyətində oynayan yığmamızın üzvü Mahir Emreli bu dəfə ikinci hissənin gedişində meydana çıxdı. Onun hesabında hələ də qol və məhsuldar ötürmə yoxdu. Texniki qələbəni saymasaq, Konya təsmilçisi Aleksandar Stanoyeviçin başçılığı altında keçirdiyi 7 superliqa oyununda cəmi 1 qələbə qazanıb (3 heç-heçə, 4 məğlubiyyət). Oktyabrın sonlarından bəri rəqib meydanlarında 3 xala həsrət qalan “Antalyaspor”un səfərdəki qələbəsiz seriyası isə 8 oyuna çatdı (3 heç-heçə, 5 məğlubiyyət).

Tolunay Kafkasın “Ankaragücü”nün başına keçməsi komandanı əməlli-başlı dirçəldib. Ötən həftəiçi “Trabzonspor”u ölkə kubokundan kənarlaşdıraraq yarımfinala yüksələn paytaxt təmsilçisi bu dəfə “İstanbulspor”u evə əliboş yola saldı. “Trabzonspor”un yeni rəhbərliyinin isə ayağı heç düşərli olmayıb. Komanda sözün əsl mənasında “tökülə-tökülə” gedir. Superliqada “Kayserispor”a, kubokda “Ankaragücü”yə məğlubiyyətdən sonra “bordo-mavililər” indi də “Kasımpaşa”ya uduzdular! Kamal Özdəşin “Kasımpaşa”dakı 3-cü dönəmi, göründüyü kimi, uğurlu başladı. Qeyd edək ki, “Trabzonspor” ötən mövsümdəki xalın yalnız üçdəikisini toplaya bilib. Son çempion 2021/22-də 27 tura 66 xal toplamışdısa, hazırda komandanın hesabında cəmi 44 xal var! İlk dövrədəki oyunda bərabərlik qeydə alındığını nəzərə alsaq, “Trabzonspor” 2015/16-dan bəri ilk dəfə mövsümün hər iki oyununda “Kasımpaşa”nı məğlub edə bilmədi. Baş məşqçisiz qalması və 6-cı pilləyə yuvarlanması azmış kimi, “Trabzonspor” növbəti – bu mövsüm artıq 3-cü dəfə Edin Visçanı itirdi. Bosniyalı daha öncə sentyabrda “Hatayspor” və dekabrda “Fatih Karagümrük” ilə oyunlarda zədələnərək bir neçə aylığa sıradan çıxmışdı. Növbəti tur “Trabzonspor”u “Beşiktaş”a qarşı oyun gözləyir...

Bazar günü keçirilən oyunlara gəlincə, bu mövsüm ölkəni avrokuboklarda təmsil edən və hətta pley-offa qədər irəliləyən iki komandanın - “Sivasspor”la “İstanbul BŞ”nin duelində qalib müəyyənləşmədi. Ötən həftəiçi kubok matçında səfərdə “Qalatasaray”a 2 qol vuran polşalı Patrik Şiş bu dəfə də fərqlənərək başakşəhərliləri məğlubiyyətdən xilas etdi. Maraqlıdı ki, qonaqlar üçün ayrılmış tribunada yalnız 1 (!) azarkeş var idi. Bundan başqa, sivaslıların çalışdırıcısı Rza Çalımbay Türk Polis Təşkilatının yaranışının ildönümü münasibəti ilə oyuna polis forması ilə çıxmışdı. Ötən həftə derbidəki əzmkar, parlaq və tarixi qələbədən sonra “Beşiktaş”ın bu dəfə evdə iddiasız “Girəsunspor”la oyunda xal itirməyə haqqı yox idi. Matç meydan sahibləri üçün yaxşı başlamadı. Ötən mövsüm “Vodafon Park”da 4:0 hesablı inanılmaz qələbə qazanan “Girəsunspor” bu görüşdə də ilk yarının ortalarında hesabı açdı. Serbiyalı Bayiç klubun tarixində superliqada bir mövsümdə 10 qol həddinə çatan ilk əcnəbi futbolçu oldu. Bu azmış kimi, çox keçmədən “ağ-qaralar”ın kapitanı və qol silahı Cenk Tosun da zədələnərək meydanı tərk etdi. Amma İstanbul nəhəngi vəziyyətdən çıxış yolunu taparaq növbəti əzmkar qələbəsini qazandı. Abubakar hələ fasiləyə qədər “Beşiktaş”ı önə keçirdi. Təcrübəli forvard əvvəlcə əllə oyuna görə təyin olunan penaltini dəqiq yerinə yetirdisə, çox keçmədən Gezzalın ötürməsi ilə dublunu rəsmiləşdirdi. Son həftələrdə oyunu ilə diqqəti çəkən Redmond 2-ci hissənin əvvəllərində baxımlı qol vuraraq intriqanı öldürdü. 29 yaşlı ingiltərəli vinger peşəkar karyerasında ilk dəfə ardıcıl 3 çempionat oyununda qol sevinci yaşamış oldu. Qalan müddətdə meydan sahibləri fərqi darmadağın həddinə çatdıra bilərdilər. Amma oyunda başqa qol olmadı. “Girəsunspor”un qələbə həsrəti 11 oyuna çatdı. Əla formada olan Şenol Günəşin komandası ardıcıl 5-ci qələbəni bayram etdi. Özü də komanda bu 5 qələbənin hər birində ən azı 2 qol vurmağı bacarıb. “Qartal”ın sonuncu dəfə belə seriyası 2015 dekabr – 2016 fevral aralığında yenə də Günəşin dönəmində olmuşdu. Yeganə qanqaraldıcı məqam Hadziahmetoviçin sarı vərəqə alaraq cəzalı duruma düşməsi oldu. Bosniyalı yarımmüdafiəçi “Trabzonspor”la oyunu buraxmalı olacaq.

Turun rəqəmi
7 – mövsüm yavaş-yavaş sona yaxınlaşır. Amma “Trabzonspor” hələ də səfərdəki zəif performansa bir çarə tapa bilmir. Komanda bu mövsüm səfərdə keçirdiyi 20 qarşılaşmadan 1-i texniki olmaqla 5 qələbə, 2 heç-heçə, 13 məğlubiyyət ilə ayrılıb. “Trabzonspor”un rəqib meydanlarında nə dərəcədə zəif təsir bağışladığını gösətərən mühüm bir fakt var. Qaradənizlilər son turda superliqada bu mövsümdəki 7-ci səfər məğlubiyyəti ilə üzləşdi. Halbuki komanda son üç mövsümdə ümumilikdə səfərdə cəmi 6 dəfə uduzmuşdu (2019/20-də 2, 2020/21-də 1, 2021/22-də 3)!

Turun ulduzu
Vensan Abubakar (Beşiktaş) – kamerunlu forvardın”Beşiktaş”dakı 3-cü dönəmi yaxşı başlamasa da, o artıq necə deyərlər, əla sürət yığıb. Abubakar bu tur “Girəsunspor”la ev oyununda artıq ilk yarıda dubl edərək komandasının əzmkar qələbəsində mühüm rol oynadı. 31 yaşlı futbolçu ardıcıl 5-ci turda qol vurmağı bacardı. Bu, onun Türkiyə karyerasındakı ən yaxşı seriyanın təkrarı deməkdi. Fasiləyə qədər 2 qolu isə Abubakar sonuncu dəfə 2020-nin noyabrında “Fənərbaxça” ilə səfər oyununda vurmuşdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

12-11-2022, 20:0

Son çempion ötən mövsümkü qrafikindən 10 xal geridədi

Dünya futbolu

17-04-2022, 22:0

Avcının aprel sindromu davam edir

Dünya futbolu

5-02-2023, 20:0

İstanbulda kimin seriyası qırılacaq?

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə