Azərbaycanda oynamış futbolçu ağır xəstəlikdən vəfat etdi...

10.04.2023 13:30 271
Aktual
Vaxtilə Azərbaycanda oynamış futbolçu vəfat edib.

"Football-plus.az" xəbər verir ki, bir neçə il əvvəl fəaliyyətini dayandıran “Simurq”un keçmiş yarımmüdafiəçisi Mario Bojiç ağır xəstəlikdən dünyasını dəyişib.

O, aprelin 3-də 39 yaşında xərçəng xəstəliyindən ölüb. Bir neçə il əvvəl Bojiçdə beyin şişi aşkarlanmışdı. O, iki dəfə əməliyyat olunsa da, ağır xəstəlikdən qurtula bilməyib.

Qeyd edək ki, Mario “Simurq”un formasını 2012/13 mövsümündə geyib. Azərbaycan premyer-liqasında 25 oyuna 6 qol furub. Onun Bosniya və Hersoqovina yığmasında 2007-08-ci illərdə 2 oyunda meydana çıxdığını da xatırladaq.