Osaka “8” dedi

10.04.2023 13:09 216
İdman
Yaponiyalı tennisçi Naomi Osaka daha neçə “Böyük dəbilqə” turnirini qazanmaq istəyindən danışıb.

"Football-plus.az" xəbər verir ki, turnirlərin dördqat qalibi hazırda uşaq gözləyir. Həmkarımızın bu yöndə sualına Osaka “8” cavabını verib. Dəqiqləşdirici “daha 8” sualının cavabında isə başını yelləyib.

25 yaşlı idmançı motivasiyası haqda da danışıb:

“Gələn il Fransa Olimpiadasına vəsiqə uğrunda mübarizə aparmaq istəyirəm. Bu məqam idmana dönmək arzumu güclənirir”.


Xatırladaq ki, Olimpiada-2024-ün tennis turniri “Rolan Qarros”un kortlarında keçiriləcək.