Misli premyer-liqasında orta hesabla bir oyunda ən çox əks hücuma keçən komandalar bəlli olub.
"Football-plu.az" Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) saytına istinadən xəbər verir ki, ən yaxşı göstəriciyə malik kollektivlər "Sabah", "Qəbələ" və "Kəpəz"dir - 15.
İkinci yerə 5 komanda iddia edir. "Neftçi", "Turan Tovuz", "Sumqayıt", "Şamaxı" və "Səbail"in aktivində hərəyə 14 əks-hücum var.
Üçüncü sırada "Qarabağ" (13) qərarlaşıb. Ən zəif göstərici isə "Zirə"yə məxsusdur - 11.