AFFA İntizam Komitəsi onu cəzalandırıb. Belə ki, Ramiz Hüseynov 3-ü şərti olmaqla 5 oyun cəzalandırılıb.
Sözügedən matçda başverənlər haqda fikirlərini öyrənmək üçün hər iki komandanın çalışdırıcıları ilə əlaqə saxladıq. Onların "Football-plus.az"a söylədiklərini dinləyək.
Ramiz Hüseynov (Səbail U-16):
"Şamaxı U-16-nın baş məşqçisi ilə dialoqumuz oldu. Yüngül zarafat etdim. Hakim məsələni yanlış anlayaraq ciddi qəbul etdi. Aramızda heç bir problem yoxdu. Haqqımda verilən qərardan da şikayətçi deyiləm. Hər şey qaydasındadı".
Xəyal Mustafayev (Şamaxı U-16):
"Futbolda bəzən belə hadisələrə rast gəlirik. Məncə, normaldı. Hakimlərin doğru qərar verdiyini düşünürəm".
KƏNAN BAHADIR






