"Sabah" 14 ilin rekordunu təkrarladı

15.08.2022 12:05 451
Ölkə futbolu / Premyer-liqa
Misli premye-liqasının lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb.

"Footbal-plus.az" xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub.

Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.

Ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.