Vaqif Cavadov: “Bu məsələ hamı üçün əla olar”

4.04.2023 14:02 403
Aktual
“Qarabağ” – “Qalatasaray” matçı başa çatdı. İndi isə bu görüşdən sonra baş verən məsələləri müzakirə etməyin vaxtıdı.

Məsələn, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək TFF-yə təklif edib ki, türk dövlətlərindən olan futbolçular superliqada legioner sayılmasın. Ötən sayımızda bu məsələni necə həyata keçirə biləcəyimizi, ölkə futboluna faydasını və ziyanını izah etdik.

Görəsən, mütəxəssislər bu barədə nə düşünür? Həm Türkiyədə, həm də Azərbaycanda türk dövlətlərinin futbolçuları legioner sayılmasa, xeyrimizə olar? Sualımızı Türkiyədə çıxış etmiş millinin sabiq üzvlərindən Vaqif Cavadova ünvanladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Çox əla fikirdi. 5 il öncə PTT 1-ci liqada azərbaycanlılar legioner sayılmırdı. İndi də belə olsa, yaxşıdı. Azərbaycanda da türk dünyası ölkələrinin oyunçuları əcnəbi statusu ilə oynamamalıdı. Bu məsələ hamı üçün əla olar”.


İLKİN SULTANLI