• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın prezidentinin təklifi nə vəd edir?

Dünya futbolu

2-04-2023, 21:0

"Qalatasaray" türk dövlətlərinin vətəndaşı olan futbolçuların superliqada əcnəbi sayılmaması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edəcək.

"Football-plus.az" xəbər verir ki, "Habertürk"ün məlumatına görə, İstanbul təmsilçisi sözügedən oyunçuların Türkiyə çempionatında yerli statusla çıxış etməsini istəyir. "Cim-Bom" rəhbərliyi Bakıda "Qarabağ"la yoldaşlıq oyunundan əvvəl və sonra böyük diqqət gördüyü üçün uzun müddətdi hazırladığı layihəni həyata keçirmək niyyətinə düşüb. Klub rəsmiləri TFF-yə nümunə kimi braziliyalı futbolçuların Portuqaliyada legioner sayılmamasını göstərəcək. Bu məsələ realdımı? Ümumiyyətlə, Azərbaycan futbolu üçün effektli ola bilərmi? Dursun Özbəyin istəyini həyata keçirmək üçün hansı hüquqi dəyişikliklər etmək lazımdı? Misli premyer-liqası üçün də bu təklifi dəyərləndirmək mümkündü?

Başlayaq hüquqi müstəvidən. Məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyevin fikrini öyrəndik. Görəsən, Özbəyin təklifini həyata keçirmək üçün nə etmək lazımdı? Tanınmış vəkil fikrini belə izah etdi:

“Fikrimcə, bu məsələ o qədər də effektli olmayacaq. Düşünmürəm ki, ortada belə ciddi niyyət olsun. Çünki bir neçə il öncə PTT 1-ci liqasında azərbaycanlılar legioner sayılmırdı. Həmin vaxtda da bu effektli olmadı. Həm də bu məsələ türk futbolçuların əleyhinə idi. Ona görə də ölkə ictimaiyyəti buna qarşı çıxdı. Düşünürəm ki, niyyət olaraq söylənilən fikirdi. Ortada ciddi nəsə yoxdu. Amma başqa ölkələrdə belə nümunələr var. Məsələn, Qırğızıstan, Qazaxıstan, Belarus futbolçuları Rusiyada legioner sayılmır. Dövlətlərarası müqavilə olduğuna görə onlar legioner sayılmır. Bu məsələnin iki yolu var. Birincisi, dövlətlərin öz aralarında bağladığı müqaviləyə əsasən bunu etmək olar. İkincisi, çempionatı keçirən qurumlar öz əsasnamələrini dəyişirlər ki, həmin futbolçular legioner sayılmasın. Belarus və Rusiyada belədi. Bu ölkələrə aid futbolçular onların keçirdiyi liqalarda legioner sayılmır”.


Fərid bəyin açıqlamasından belə başa düşdük ki, dövlət səviyyəsində bu məsələnin həlli yolunda hansısa problem yoxdu. Çünki Türk Dövlətləri Təşkilatı adlı qurum mövcuddu. Bura Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə daxildi. Adi çəkilən dövlətlərin hamısı təşkilatın qaydalarına əsasən öz çempionatlarında bu məmləkətlərdən olan futbolçuların rahat şəkildə legioner sayılmadan oynamasını təmin edə bilər. Görəsən, bunu Azərbaycan da həyata keçirə bilər? Qarşıdakı illərdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin futbolçuları premyer-liqamızda legioner sayılmadan çıxış edə bilər? Məsələyə aydınlıq gətirmək üçün PFL-ə müraciət etdik. Qurumun media və marketinq direktoru Sənan Abdullayevin mövzu ilə bağlı fikri belə oldu: “Oxşar təklif əvvəllər də olub. Bütün türk dövlətlərinin futbol qurumları tərəfindən detallı araşdırılıb qərar verilməlidi. Ölkəmizdə də bu addım AFFA İcraiyyə Komitəsində müzakirə olunmalıdı. Ondan sonra PFL-in bunu bunu icra etməsində çətinlik görünmür”.

Görünən budu ki, Türk Dövlətləri Təşkilatına uyğun olaraq bu addımı atmaq mümkündür. Lakin bunun bizə xeyri nədi? Bir qədər də bu barədə düşünək. Onsuz da Azərbaycan millisi üçün futbolçuların səviyyəsi aşağıdı. Bir qədər güclü olan türkiyəli, qazaxıstanlı, qırğızıstanlı, özbəkistanlı oyunçular premyer-liqa klublarında boy göstərəcək. Bu ancaq işbaz menecerlərin və klub rəhbərlərinin işinə yarayacaq. Çünki artıq ucuz bazar ortaya çıxacaq. Türkiyənin Bal liqasında, elə Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda çıxış edənlər Azərbaycan futboluna axın edəcək. Bu, məsələnin mənfi tərəfidi. Lakin xeyirimizə olan məqam da var. Belə ki, Türkiyədə də bu qərar qəbul olunsa, azərbaycanlı futbolçular rahat şəkildə superliqada oynaya biləcək. Belə olan halda onların səviyyəsi artacaq. Bir sözlə, belə bir qərar yalnız Türkiyə superliqası üçün verilsə, Azərbaycan futbolunun xeyrinə olar. Ən azı millimizin üzvlərinin çoxu bu liqada çıxış edərək səviyyəsini artıra bilər. Premyer-liqamızda türklərin, qırğızların, özbəklərin və qazaxların legioner sayılmadan çıxış etməsi isə bizə fayda verməz.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-03-2023, 23:0

“Qalatasaray” Bakıda gördüklərindən sonra TFF-yə üz tutacaq

Aktual / Manşet

7-05-2022, 17:0

“Qobustan”ın “Xan Lənkəran”ın hüquqi varisi olması AFFA-dan asılıdı - AÇIQLAMA

Manşet

28-03-2023, 11:0

Türk dövlətlərinin komandaları arasında turnir keçirilə bilər

Maraqlı / Manşet

26-03-2023, 21:0

"Qarabağ" və "Qalatasaray" qardaş klublar olur

Ölkə futbolu / Manşet

11-11-2022, 20:0

AFFA TFF prezidentinin sözlərinə aydınlıq gətirdi

Dünya futbolu

21-06-2022, 18:0

Torrent ''Qalatasaray''ın təklifi ilə razılaşmadı

Aktual
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Bu gün, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Bu gün, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Bu gün, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Bu gün, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Bu gün, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Bu gün, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Bu gün, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Bu gün, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Bu gün, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Bu gün, 13:52
    San Marinoya da yox da!
  • Bu gün, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Bu gün, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
  • Bu gün, 12:57
    U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq
  • Bu gün, 12:46
    Millimiz seçmə mərhələdə son oyununu keçirəcək
  • Bu gün, 12:42
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:29
    U-20 millimiz Pakistanla üz-üzə
  • Bu gün, 12:13
    “Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı
  • Bu gün, 11:55
    Nicat Mehbalıyev "Şəfa"da
  • Bu gün, 11:35
    Türkiyə yığmasını müşayiət edən polis qəzaya düşdü
  • Bu gün, 11:20
    Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?
  • Bu gün, 10:56
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 10:27
    AFFA nümayəndələri “Football Conference Baku” tədbirində
  • Bu gün, 10:00
    U-21 millimiz Qırğızıstana qarşı
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 254
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 190
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 160
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə