"Milan" onunla müqavilə bağlayır

21.03.2022 16:00 558
Dünya futbolu
"Milan" futbolçusu İsmael Bennaserlə müqaviləni yeniləmək qərarına gəlib.

Bu barədə yerli mətbuat xəbər yayıb. Yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu bu mövsüm bütün turnirlərdə 33 oyuna 2 qol vurub.