O VAR hakimliyi ilə bağlı bir neçə ölkəyə müraciət etdiklərini deyib. Azərbaycandan isə onlara təklif gəlib, lakin TFF bu təklifi qəbul etməyib.
Görəsən, AFFA-dan qardaş ölkənin futbol qurumuna bu yöndə müraciət edilib? Qarşı tərəfin “yox” cavabı verməsinin səbəbi nədi? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:
"Məsələ heç də tam açıqlamada qeyd olunduğu kimi deyil. TFF bir neçə federasiyaya, o cümlədən bizə də VAR hakimlərinin mübadiləsi ilə bağlı müraciət edib. Məsələ hələ ki açıq qalır. Bununla bağlı AFFA-nın mənfi cavablandırılan hansısa müraciəti və ya təklifi olmayıb, yoxdu”.
ŞAİR ABDULA

