Həndbol yığmamızın Bakıdakı Avropa çempionatında rəqibləri bəlli oldu

1.03.2023 11:34 234
İdman
Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığma Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı 5 - 13 avqustda gerçəkləşəcək.