Fatiyə İngiltərədən maraq

31.03.2023 23:30 213
Dünya futbolu
“Barselona”nın hücumçusu Ansu Fati komandanı tərk edə bilər.

“Football-plus.az” xəbər verir ki, onun xidmətində İngiltərə klubları maraqlıdı. Futbolçunun agenti Xorxe Mendeş Fatinin gələcəyi üçün ən ideal variantı axtarır. O, oyun şansının azlığından şikayətlənir. İspaniyalının xidmətinə “Arsenal”, “Mançester Yunayted”, “Nyukasl” və “Çelsi” iddia edir.