Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə birlikdə - FOTO

29.03.2023 12:58 208
İdman
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı yerli basketbol federasiyasındakı həmkarı Jan-Pyer Siyuta ilə görüş keçirib.

"Football-plus.az" xəbər verir ki, Parisdə baş tutan görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət olub.

Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, mayda Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Pyer Siyutadı.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə birlikdə