Paytaxt klubu onu da itirdi

28.03.2023 19:35 204
Dünya futbolu
Antonio Konte ilə yolları ayıran “Tottenhem” növbəti itki ilə üzləşib.

“Football-plus.az” xəbər verir ki, paytaxt klubunun müdafiəçisi Emerson Royal zədələnib. O, Braziliya yığmasının Mərakeş ilə yoldaşlıq matçında (1:2) sıradan çıxıb. 24 yaşlı futbolçu əməliyyat olunacaq. Emersonun 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Emerson bu mövsüm premyer-liqada keçirdiyi 22 oyunda 2 qol vurub.